10 Haziran 2013 Pazartesi


                         Mən  dəliyəm…

    Bəzən  fikirləşirəm ki, mənim  bir  şaman    ya  laməkan  dostum  olsaydı  daha  yaxşı  olardı.Onunla  söhbətlər  edər, bütün  ürəyimdəki  qabıq  saxla-mış, qatılaşmış  kini, nifrəti  yox  edərdim. Beynim-dəki  təkliyimi    səssizliyimi  tərk  edərdim. Bütün  canlı  hüceyrələrimi  öldürərdim. Ölənə  kimi  ağla-yardım… Oturub  Tanrı  barəsində  danışardıq.  Onun  yaratdığı  gözəl­­liklərindən    röyalarından  bəhs  edərdik… Amma  insanlardan  əsla… Çünki  bu  vaxt  insanlar  bizi  anlamazlar…
   Onların  gündüzlər  gördükləri  Günəş  əslində, bi-zim  günəşimiz  deyil.. Biz  ayrıyıq.
   Vəhşilik  istəmirik…
   Görəsən  damarlarımda  neçə  qram  insanlıq  qanı  saxlamışam?! Əlacım  olsa  son  damlasınacan  ac qurdlara  özümü  pay  edərdim…
   Görəsən  neçə  qram  Morfin  lazımdır  ki, yaraları-mı  keyləşdirsin?! Gecələr  bir  daha  göz  yaşı  töküb  sızlamayım… Gülməyim…
   Əllərim  qabıq  saxladığından  bəri  şeir də  yaza  bilmirəm. Bəlkə də  ilk  dəfə  Tanrıma  zidd    görü-rəm. Şeir  yazıram… Axı  Tanrı  şairləri  sevmir..
   Ulduzları  seyr  edirəm…
   Yağışımdan  incimişəm…
 Cənazələrin  arxasınca  qəh-qəhə  ilə  gülən  dəli-yəm  mən…
   Payız  vaxtı  əlvan  yarpaqların  sevgilisiyəm…
   Qış  fəslində  buz  otaqlarda  şeir  yazan  bir  dərvi-şəm…

           Xalq  düşməni  kimlərdi ?!
                                         

    Tək  ulu  öndərimiz  olan   M.Ə.Rəsulzadə  1918-ci  il      böyük  ümidlərlə  heçdən  var, qumdan  qüdrətli    dağı-dılmaz  bir  saray  yaratdı.Bu  saray  şərqdə  ilk demok-ratik  ölkə  kimi  tarixdə  qızıl  hərflərlə  adını  yazan Azərbaycan  Cumhuriyyəti  idi. Sözsüz  ki, çoxumuz  hələ də  yaxşı  dərk  etməsəkdə  Rəsulzadə    başqa  ölkəmizin  o dövrdəki  ziyalı  vətəndaşları – Əli  bəy  Hüseynzadə,Ceyhun  Hacıbəyli, Əhməd  bəy  Ağaoğlu, Cavad  bəy Məlik-Yeqanov,  Fətəli  xan  Xoyski, Xəlil  bəy  Xasməmmədov    sairə .i.a.  birlikdə  bu  dövləti  yenidən  ayağa  qaldırdılar... Onlar  maarif  sahəsində, mədəniyyət    incəsə-nətdə, təhsilin  səviyyəsində, milli  mətbuatda (jurnalistika və  söz  azadlığı) , səhiyyə  sahəsində  ciddi  işlər  gördü    eləcə də, başqa xalqlarla  siyasi,mədəni  əlaqələr   yaratmağa  çalışdılar.
   Azərbaycan  Xalq  Cumhuriyyətinin  mövcudluğu  za-manı  onun  ərazisi  113895,97  kv. km  idi. Onun  9729767  kv.km  mübahisəsiz, 16.598,30  km2  - i mübahisəli  zona-ları  əhatə  edirdi.
  Əgər  tarixə  baxsaq  onların  dövrünə  kimi  Azərbaycan  deyilən  yer  yox  idi. Var  idisə    başqa  millələr  buranı  xarabalığa  çevirir  ya da  şəxsi  maraqlarına  görə  istifadə  edirdilər.
  Amma  Osmanlı  türklərinin    köməyi  bu  demokrati-yalı  Cumhuriyyəti  yaşada  bilmədi.
  Beləcə  M.Ə.Rəsulzadə və  onun  kimi  neçə  ziyalı  insan-larımız  SSR  tərəfindən  yox  edilməyə  başladı. Yavaş-yavaş  özlərinə  lazım  olmayan  adamları  təmizlədilər. Lazım  olan  savadlı  şəxslər  isə  məcburən, təhdid  edilərək  müəyyən  işlərə  sövq  edildi.  Azərbaycanın  təzə  doğmuş  günəşi  söndü... Xalqımın  tarixində  qara  səhvələr  başlandı. SSR inin  yaranması, Bakıda  inqilablar, sovet  əsgərləri  tərəfindən   qorxudulan  millətim...  15  qardaş   ölkə    tezliklədə  REPRESSİYA   dəhşəti... Amma   bu   illər  elə  hər  dəqiqə  yaxşı  xatirələrlə  yadda  qalmadı... Bizim , xalqımız  arasından  çıxan  namərdlərdə  oldu. Satqınçılıqla  alınan  orden    medallar..  Onda  görəsən, Mikayıl  Müşfiq , Hüseyn  Cavid, Əhməd  Cavad, Y.V. Çəmənzəminli, B.Çobanzadə    başqaları  nəyə  görə  o gümüş, qızılla  bəzənmiş   ordenlərdən  almadılar? Hə? Pis  yazırdılar? Onların  şeirləri  maraqsız  idi? YOX!!! Əlbəttdə  ki, yox! Səbəbi  onların  alçaq    yaltaq  olmaması  idi. Onlar  boş  üçün  yox, baş  üçün  yazırdılar. Belə  yazı-larda  sovetin  kefini  pozurdu. Bir  nöqtə  belə  onlar  üçün  bəs  idi  ki, bu  istedadlı   insanlarımızı  qələmdən  ayırıb  dəmir  qandallara  qovuşdursunlar... Pantürkist, panislamist  həmçinin  “ XALQ  DÜŞMƏNİ ” damğası  vuraraq  onları da  aradan  götürdülər. Beləcə   ölkə də   qış  yuxusu  başlandı. Ziyalılar    maarifpərvərlər  Sibirə, İrkutsk  vilayətinə  göndərildilər. Hətta  bəziləri  dünya-nın   o  başındaca  sürgündə  davam  gətirə  bilməyib  öldürüldülər, ya da  güllələndilər. Dində, dildə, mədəniy-yətdə   çevrilişlər  başladı. Qısaca  Rəsulzadə    onun  silahdaşlarının  qoyduğu  bütün  qanunlara    yenidən düzəliş  edildi. Bu  aralarda  da  yuxardakılar, kimliyini  çoxumuzun   bilmədiyi  təşkilatlar   öz  çirkin  əməlləri  ilə  müsəlmanlara , türklərə  yeni  hörümçəy  baraması  yaratmağa  başladılar... 

                                                            

               "İtirilmiş  torpaqlarının  qaytarılmasına                                     
                                     çalışanlar  ölkəsi ”

                Öndər  M.Ə.Rəsulzadəyə  ithaf  olunur...

      Deyəndə ki, bu  şəhər  bizim  planetdə  yerləşir  mən çox heyrətləndim...
      İtirilmiş  torpaqların  qaytarılmasına  çalışanlar  ölkəsi… Belədə  yer  olar?   
      Əslində  düzünü  söyləməyə  qalsa  doğrudan da  mübarizə  aparmaq  mütləq  lazımdır. Tarixdə hər  zaman  xalq  ilə  dövlət  arasında  gedən mübarizələrin  nəticəsi  göz  önündədir...Yəqin ki, oxucuya da maraqlı  olar  deyə  bu  hadisələri  qələmə  almağı qərar  verdim. Bilmirəm, bunun  bizə  təsiri  olacaqmı  yoxsa  yox, amma  əminəm ki, gün  gələcək  belə  yazıların   fayda  verdiyinin  şahidi  olacağıq...   
     Sözü  çox  uzatmaqdansa  mətləbə  keçsəm  daha  yaxşı  olar.
     Bu  haqda  mənə  daha  ətraflı  məlumatı  kitab-lar    bir  çox  araşdırmaçılarla  etdiyim  dialoqlar   vermişdi. Gəlin, hər  şeyi  başdan  danışım :
     Şəhərin  tarixi  Səfəvilərə - Şah İsmayılın  dövrü-nə  təsadüf  olunur. Bu  şəhər  illər  öncə (hardasa  13-15 il  əvvəl) torpağının  cənub – şərq  hissəsini  bəzi  mənfur  düşmənləri  tərəfindən  itirmişdi.
    Bir ara,  xalq  bu  hədələməni -  torpaqlarının  hələ də düşmənlərində  olmasına  o qədər də  fikir  vermirdi. Şəhərin  gəncləri də  heç  bu  barədə  bilmirdilər. Xalqın  günü  kef  çəkməklə  keçirdi.  Məktəblər  də :    Uşaqlar  biz  illər  öncə  filan-filan  torpaqlarımızı  itirmişik. İndi  isə  çalışmalıyıq  ki, torpaqları  geriyə  qaytaraq. ” – bu  sözlər  deyilmirdi. Tarix  dərslərində  isə  ancaq  öz ölkələrinin  keçmişini ,  qədimliyini  şişirdərək  danışırdılar.
    Ümumiyyətlə  bu  barədə  bir  dənə    olsun  bədii  kitab  siyasi  və ya  qəzet , jurnallarda  məqalələr  yazılmırdı…
…Lakin  axır – vaxtlar  yazılmağa  başlamışdı. Bədii  kitablar  bu  haqda  uzun  uzadı  danışırdı. Qəzetər  hər  buraxılışında  xalqı  torpaqların  qaytarılmasına  çağırırdı.  Təkcə  deyilmirdi, əməllərdə  göz  önündə  idi… Hər  həftə  ölkənin  prezidenti  hərbi  hissələr  üçün  xüsusi  ehtiyat  saxlayıdı. Tiribunalarda  millət  vəkilləri  xalqı  səsləyirdilər. Elə bil ki,  bütün xalqın  başına  bir  gündə , eyni andaca  kərpic  düşmüşdü ; XALQ     qeyrətlənmişdi… Əslində , xalqı  ayağa  qaldıran  əsas  qüvvə  ölkədə  yaşayan  bir  xalq  yazıçısı  qoca  kişi  idi..
  Belə ki, bir  gün  bu  qoca  yazıçının  qarşısına  xarici  ölkənin  qəzeti  çıxır. Qəzetdəki  məqalədə o  öz  ölkəsinin  təhqir  edildiyini     söüldüyünü  görür.  Məqaləni  oxduqca  qoca  yazıçı  daha da  şiddətlənir    beləli  xalqı  ayağa  qaldırır.
   Gənclər  xarici  internet  saytlarında  ölkələri     torpaqlarının faciəsini  yazır, məlumat   verir. Hərbi  hissəlllər  rejimlər  çalışır. Prezidentin  günü    eləcə  səngərlərdə  keçir. Sülh  ya  MÜHARİBƏ   …!!!  Xalq  artıq  hər  şeyə  razı  olur…
     …və  bir  gün  torpaqları  qayıdır. Müharibə  ilə… Bundan  sonra  isə  artıq  bütün  dövlətdə  bayram  keçirilir. Karnavallar  düzəldilir. Ölkə    xalq  xoşbəxt  olur…  Gənclər  isə  qocalanda  nəvələri  şanlı  ölkərindən     əzimkar  savaşlarından  ağız  dolusu  danışır…
      BİZİM   ÖLKƏMİZİN    BELƏ  OLMASI  ÜMİDİ  İLƏ…

                                                     Iyun, 2012

                Dayancaq, marşrut    kişi...

   
     İşdə  danlanandan  sonra  o, gücbəlayla  yeriyirdi. Çünki,müdir Mammedovun  iti acılamaları  onun bütün bədənini dondururdu. Amma  hələ  hər  şey bitməmişdi.           
    Hələ  evdə də  konsert  olacaqdı.
    Konsertin  adı   isə  beləydi: “Səmayə”.
    Səmayə onun arvadı idi.  Kök, qısqanc, paxıl, qıv-rım  saç  olan  Səmayənin  kişidən   istədiyi  iki  şey  idi: televizoru düzəltmək    maaş  almaq. Yazıq heç  uşaqları  üçün   ərindən  1 qəpik    istəmir di. İstəməməliydi də,çünki  əvvəllər  əri  idarə    işləyərkən  gündə  ona  50 manat  verərdi (köhnəpulla). Səmayə  xanım da  onu  yastıq altına  atıb, “gələcəyim  üçün  saxlayıram” deyə əzizləyirdi. İndi  bu  pulları  Mahmudoviçdən  gizlin  üzə çıxardıb  geyiminə, uşaqları üçün məktəb ləvazimatları ya  da  xərclik  verərdi.
    Mahmudoviç özü  isə  xassiyətcən  heç də  arvadına  bənzəməzdi. İldə  bir  dəyişdirdiyi  eynəyi  gözü nə taxıb, işdən evə,evdən işinə gedərdi. Onun ən xoş xatirələri    dayanacaq  da  keçərdi  Marşurt gözləyərkən  saatına  baxıb  tələsməsini ya  da  marşurt  da  basa- basda  itməsini yada salıb özü üçün sevinərdi. Amma onun pis xatirələri də elə dayanacaq  da və marşurtda keçərdi.
   Marşurtda  gözəl qızlara yer verəndə səhvən qızın sarı saçı ona dəyərdi. Evə gələn də isə arvadının kaprizlərinə tuş gələrdi: “Bu  sarı  saç  sənin  köynəyin      gəzir? Sən  məni  aldadırsan!   Pozğun  ifritələri  məndən  üstün  tutursan ?” . Amma Mahmudoviç  üçün daha  betər halda  baş  verərdi. Marşurtun  ortasında   ayaqüst-də  dayanan  balaca  uşaqlar  onun    köynəyinə    qara,təmiz  şalvarına  qusardılar. Yenə  evə  gələn-də    arvadı  ona  itin   sözünü   deyərdi:  “Sən  necə  kişisən? O  boyda  uşağın  qusmağına  dözürsən?  Vurda o canı  yanmışı!”  Hələ  belə  bədbəxtliklərə  görə  arvadı  Sə-mayədə  onu  tərk  edib, atasının  evinə  getməyi  planlaşdırırdı.
    O, indi  evə  getməyi  istəsə  də bacarmırdı. Axı evə  gedib     edəcəkdi?
     Yenə  arvadının   yersiz    xırçın   kaprizlərinə    maaş söhbətlərinə qulaq asacaqdı. Yox,yox hələ ustadan  gedib  televizoru  götürməliydi. Ona da pul.. Bu  kişi  lap  dəli  olardı  ki... Yaxşı evdə uşaq-ları  ondan  heç    istəmirdi.  Amma  bir  azdan on-lar  da    isə  istəyərdilər.
Həmişə  görməkdən  bezdiyi  dayanacaqdan  keçib ustanın  yanına  gəldi.
  -Axşamın  xeyir!  Ay, Mahmudoviç!
  - Axşamın  xeyir! Usta,  bizim  televizor    oldu?
  -Düzəltdim. 20  manat  xərcün  çıxacaq.
  -Nə? 20 ma-ma-ma-nat?
  -Hə,hə. Bütün  düzəltdim  e... 20  manat  görüm...-deyə  usta  əlini  açıb  Mahmudoviçə  uzatdı. Mah –mudoviç  isə..
-Usta  maaşı  sabah  verəcəklər, olar  ki,  indi  götü-rüm,puluda  sabaha  verim?
  -Paah  atonann! Haçan pulu verərsən, televizoru da onda  götürərsən.
  - Yaxşı..!-deyə  Mahmudoviç  kor  peşman  evə  qayıtdı.
    O,yenə  evə  gedəcəkdi...
    Danlanacaqdı... Söyüləcəkdi... Və  başını   qoyub yatacaqdı  səhər  isə  duranda  da paltarını  geyi-nib,qalstukunu  sonuna  qədər  çəkib  işə yollana-caqdı.
    İşdədə...  Mamedov da  həmin  ki  kimi, bu  yazığın  atasına  od  qoyacaqdı.
   ...və  yenə   dayanacaqlar..
     Dayanacaq,marşurt    kişi...

                                                     Bakı, Avqust,  2012