10 Haziran 2013 Pazartesi


                         Mən  dəliyəm…

    Bəzən  fikirləşirəm ki, mənim  bir  şaman    ya  laməkan  dostum  olsaydı  daha  yaxşı  olardı.Onunla  söhbətlər  edər, bütün  ürəyimdəki  qabıq  saxla-mış, qatılaşmış  kini, nifrəti  yox  edərdim. Beynim-dəki  təkliyimi    səssizliyimi  tərk  edərdim. Bütün  canlı  hüceyrələrimi  öldürərdim. Ölənə  kimi  ağla-yardım… Oturub  Tanrı  barəsində  danışardıq.  Onun  yaratdığı  gözəl­­liklərindən    röyalarından  bəhs  edərdik… Amma  insanlardan  əsla… Çünki  bu  vaxt  insanlar  bizi  anlamazlar…
   Onların  gündüzlər  gördükləri  Günəş  əslində, bi-zim  günəşimiz  deyil.. Biz  ayrıyıq.
   Vəhşilik  istəmirik…
   Görəsən  damarlarımda  neçə  qram  insanlıq  qanı  saxlamışam?! Əlacım  olsa  son  damlasınacan  ac qurdlara  özümü  pay  edərdim…
   Görəsən  neçə  qram  Morfin  lazımdır  ki, yaraları-mı  keyləşdirsin?! Gecələr  bir  daha  göz  yaşı  töküb  sızlamayım… Gülməyim…
   Əllərim  qabıq  saxladığından  bəri  şeir də  yaza  bilmirəm. Bəlkə də  ilk  dəfə  Tanrıma  zidd    görü-rəm. Şeir  yazıram… Axı  Tanrı  şairləri  sevmir..
   Ulduzları  seyr  edirəm…
   Yağışımdan  incimişəm…
 Cənazələrin  arxasınca  qəh-qəhə  ilə  gülən  dəli-yəm  mən…
   Payız  vaxtı  əlvan  yarpaqların  sevgilisiyəm…
   Qış  fəslində  buz  otaqlarda  şeir  yazan  bir  dərvi-şəm…

Hiç yorum yok:

Yorum Gönder