Xalq düşməni kimlərdi ?!
Tək
ulu öndərimiz olan M.Ə.Rəsulzadə
1918-ci il də
böyük ümidlərlə heçdən
var, qumdan qüdrətli və
dağı-dılmaz bir saray
yaratdı.Bu saray şərqdə
ilk demok-ratik ölkə kimi tarixdə qızıl
hərflərlə adını yazan Azərbaycan Cumhuriyyəti
idi. Sözsüz ki, çoxumuz hələ də
yaxşı dərk etməsəkdə
Rəsulzadə və başqa
ölkəmizin o dövrdəki ziyalı
vətəndaşları – Əli bəy Hüseynzadə,Ceyhun Hacıbəyli, Əhməd bəy
Ağaoğlu, Cavad bəy Məlik-Yeqanov, Fətəli
xan Xoyski, Xəlil bəy
Xasməmmədov və sairə .i.a.
birlikdə bu dövləti
yenidən ayağa qaldırdılar... Onlar maarif
sahəsində, mədəniyyət və incəsə-nətdə, təhsilin səviyyəsində, milli mətbuatda (jurnalistika və söz
azadlığı) , səhiyyə sahəsində ciddi
işlər gördü və eləcə
də, başqa xalqlarla siyasi,mədəni
əlaqələr yaratmağa çalışdılar.
Azərbaycan
Xalq Cumhuriyyətinin mövcudluğu
za-manı onun ərazisi
113895,97 kv. km idi. Onun
9729767 kv.km mübahisəsiz, 16.598,30 km2 - i mübahisəli
zona-ları əhatə edirdi.
Əgər
tarixə baxsaq onların
dövrünə kimi Azərbaycan
deyilən yer yox
idi. Var idisə də
başqa millələr buranı xarabalığa
çevirir ya da şəxsi
maraqlarına görə istifadə
edirdilər.
Amma
Osmanlı türklərinin də köməyi bu
demokrati-yalı Cumhuriyyəti yaşada
bilmədi.
Beləcə
M.Ə.Rəsulzadə və onun kimi
neçə ziyalı insan-larımız
SSR tərəfindən yox
edilməyə başladı.
Yavaş-yavaş özlərinə lazım
olmayan adamları təmizlədilər. Lazım olan
savadlı şəxslər isə məcburən,
təhdid edilərək müəyyən
işlərə sövq edildi. Azərbaycanın
təzə doğmuş günəşi
söndü... Xalqımın tarixində qara səhvələr başlandı. SSR inin yaranması, Bakıda inqilablar, sovet əsgərləri
tərəfindən qorxudulan millətim...
15 qardaş ölkə
və tezliklədə REPRESSİYA
dəhşəti... Amma bu illər
elə hər dəqiqə
yaxşı xatirələrlə yadda
qalmadı... Bizim , xalqımız
arasından çıxan namərdlərdə
oldu. Satqınçılıqla alınan orden
və medallar.. Onda
görəsən, Mikayıl Müşfiq , Hüseyn Cavid, Əhməd
Cavad, Y.V. Çəmənzəminli, B.Çobanzadə
və başqaları nəyə
görə o gümüş, qızılla bəzənmiş
ordenlərdən almadılar? Hə?
Pis yazırdılar? Onların şeirləri
maraqsız idi? YOX!!! Əlbəttdə ki, yox! Səbəbi onların
alçaq və yaltaq
olmaması idi. Onlar boş
üçün yox, baş üçün
yazırdılar. Belə yazı-larda sovetin
kefini pozurdu. Bir nöqtə
belə onlar üçün bəs idi
ki, bu istedadlı insanlarımızı qələmdən
ayırıb dəmir qandallara
qovuşdursunlar... Pantürkist, panislamist həmçinin
“ XALQ DÜŞMƏNİ ” damğası vuraraq
onları da aradan götürdülər. Beləcə ölkə də
qış yuxusu başlandı. Ziyalılar və
maarifpərvərlər Sibirə,
İrkutsk vilayətinə göndərildilər. Hətta bəziləri
dünya-nın o başındaca
sürgündə davam gətirə
bilməyib öldürüldülər, ya da güllələndilər. Dində, dildə, mədəniy-yətdə çevrilişlər
başladı. Qısaca Rəsulzadə və
onun silahdaşlarının qoyduğu
bütün qanunlara yenidən düzəliş edildi. Bu
aralarda da yuxardakılar, kimliyini çoxumuzun
bilmədiyi təşkilatlar öz
çirkin əməlləri ilə
müsəlmanlara , türklərə yeni hörümçəy
baraması yaratmağa başladılar...
Hiç yorum yok:
Yorum Gönder