10 Haziran 2013 Pazartesi


               "İtirilmiş  torpaqlarının  qaytarılmasına                                     
                                     çalışanlar  ölkəsi ”

                Öndər  M.Ə.Rəsulzadəyə  ithaf  olunur...

      Deyəndə ki, bu  şəhər  bizim  planetdə  yerləşir  mən çox heyrətləndim...
      İtirilmiş  torpaqların  qaytarılmasına  çalışanlar  ölkəsi… Belədə  yer  olar?   
      Əslində  düzünü  söyləməyə  qalsa  doğrudan da  mübarizə  aparmaq  mütləq  lazımdır. Tarixdə hər  zaman  xalq  ilə  dövlət  arasında  gedən mübarizələrin  nəticəsi  göz  önündədir...Yəqin ki, oxucuya da maraqlı  olar  deyə  bu  hadisələri  qələmə  almağı qərar  verdim. Bilmirəm, bunun  bizə  təsiri  olacaqmı  yoxsa  yox, amma  əminəm ki, gün  gələcək  belə  yazıların   fayda  verdiyinin  şahidi  olacağıq...   
     Sözü  çox  uzatmaqdansa  mətləbə  keçsəm  daha  yaxşı  olar.
     Bu  haqda  mənə  daha  ətraflı  məlumatı  kitab-lar    bir  çox  araşdırmaçılarla  etdiyim  dialoqlar   vermişdi. Gəlin, hər  şeyi  başdan  danışım :
     Şəhərin  tarixi  Səfəvilərə - Şah İsmayılın  dövrü-nə  təsadüf  olunur. Bu  şəhər  illər  öncə (hardasa  13-15 il  əvvəl) torpağının  cənub – şərq  hissəsini  bəzi  mənfur  düşmənləri  tərəfindən  itirmişdi.
    Bir ara,  xalq  bu  hədələməni -  torpaqlarının  hələ də düşmənlərində  olmasına  o qədər də  fikir  vermirdi. Şəhərin  gəncləri də  heç  bu  barədə  bilmirdilər. Xalqın  günü  kef  çəkməklə  keçirdi.  Məktəblər  də :    Uşaqlar  biz  illər  öncə  filan-filan  torpaqlarımızı  itirmişik. İndi  isə  çalışmalıyıq  ki, torpaqları  geriyə  qaytaraq. ” – bu  sözlər  deyilmirdi. Tarix  dərslərində  isə  ancaq  öz ölkələrinin  keçmişini ,  qədimliyini  şişirdərək  danışırdılar.
    Ümumiyyətlə  bu  barədə  bir  dənə    olsun  bədii  kitab  siyasi  və ya  qəzet , jurnallarda  məqalələr  yazılmırdı…
…Lakin  axır – vaxtlar  yazılmağa  başlamışdı. Bədii  kitablar  bu  haqda  uzun  uzadı  danışırdı. Qəzetər  hər  buraxılışında  xalqı  torpaqların  qaytarılmasına  çağırırdı.  Təkcə  deyilmirdi, əməllərdə  göz  önündə  idi… Hər  həftə  ölkənin  prezidenti  hərbi  hissələr  üçün  xüsusi  ehtiyat  saxlayıdı. Tiribunalarda  millət  vəkilləri  xalqı  səsləyirdilər. Elə bil ki,  bütün xalqın  başına  bir  gündə , eyni andaca  kərpic  düşmüşdü ; XALQ     qeyrətlənmişdi… Əslində , xalqı  ayağa  qaldıran  əsas  qüvvə  ölkədə  yaşayan  bir  xalq  yazıçısı  qoca  kişi  idi..
  Belə ki, bir  gün  bu  qoca  yazıçının  qarşısına  xarici  ölkənin  qəzeti  çıxır. Qəzetdəki  məqalədə o  öz  ölkəsinin  təhqir  edildiyini     söüldüyünü  görür.  Məqaləni  oxduqca  qoca  yazıçı  daha da  şiddətlənir    beləli  xalqı  ayağa  qaldırır.
   Gənclər  xarici  internet  saytlarında  ölkələri     torpaqlarının faciəsini  yazır, məlumat   verir. Hərbi  hissəlllər  rejimlər  çalışır. Prezidentin  günü    eləcə  səngərlərdə  keçir. Sülh  ya  MÜHARİBƏ   …!!!  Xalq  artıq  hər  şeyə  razı  olur…
     …və  bir  gün  torpaqları  qayıdır. Müharibə  ilə… Bundan  sonra  isə  artıq  bütün  dövlətdə  bayram  keçirilir. Karnavallar  düzəldilir. Ölkə    xalq  xoşbəxt  olur…  Gənclər  isə  qocalanda  nəvələri  şanlı  ölkərindən     əzimkar  savaşlarından  ağız  dolusu  danışır…
      BİZİM   ÖLKƏMİZİN    BELƏ  OLMASI  ÜMİDİ  İLƏ…

                                                     Iyun, 2012

Hiç yorum yok:

Yorum Gönder